Modern.az

Çində dağıntılar altında qalanların sayı artıb - 141 nəfər - YENİLƏNİB

Çində dağıntılar altında qalanların sayı artıb - 141 nəfər - YENİLƏNİB

24 İyun 2017, 10:39

Çində təbii fəlakət kütləvi ölümə səbəb olub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 100-dən çox adam dağıntılar altında qalıb.

Hadisə iyunun 24-də səhər saat 06:00 radələrində Maosian qəsəbəsində baş verib. Dağıntılar altında qalanlar qəsəbədəki 40 evin sakinləridirlər.

Hazırda hadisə yerinə xilasetmə işləri aparılır.


***


Son məlumatlarda dağıntılar altında qalanların sayının 141 nəfər olduğu bildirilir...


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır