Modern.az

Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi - SƏRƏNCAM

Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi - SƏRƏNCAM

24 İyun 2017, 11:04

Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezidentinin yeni köməkçisinin təyinatına dair sərəncam imzalayıb.


Modern.az xəbər verir ki, sərəncama əsasən, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.


Qeyd edək ki, bu təyinatadək Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı. O, ölkə başçısının dünən imzaladığı sərəncamla səfir vəzifəsindən geri çağırılmışdı.




Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyi aşağıdakı heyətdən ibarətdir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov.

Modern.az




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...