Modern.az

Hər şeyin yerini bil - Yeni xidmət saytı yaradıldı

Hər şeyin yerini bil - Yeni xidmət saytı yaradıldı

Aktual

24 İyun 2017, 11:33

Azərbaycanda yeni xidmət saytı istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, "Neharada.az”  adlanan bu sayt vasitəsilə biz Azərbaycanın şəhər və rayonlarında yerləşən məkanların yerini dəqiq tapa və onların göstərdiyi xidmətləri barədə dolğun informasiya əldə edə bilirik. Məkanlar sırasına alış-veriş, əyləncə, turizm, idman, tibb mərkəzlərini, kafe, restoranları, şadlıq saraylarını, otelləri, mağazaları, təhsil ocaqlarını, dövlət orqanlarını, bankları, muzey və kinoteatrları və.s aid etmək olar. Bunun üçün dünyanın istənilən nöqtəsində olsan belə, bu sistemdən rahatlıqla faydalanmaq mümkündür - lazım olan bilgilər anında sizdə olacaq. 

 

Azərbaycana gələn turistlərin maraq dairəsinə də çevriləcək bu sayt hazırda Azərbaycan dilində fəaliyyət göstərir. Gələcəkdə digər dillərdə də fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

 

Hər qeydiyyatdan keçən şəxs sayta öz məkanını da əlavə edə bilər – Sayta daxil olursuz, qeydiyyatdan keçirsiz, məkan barədə məlumatı yazırsız və ehtiyacınız olan müddət üzrə əlavə edirsiniz. 

 

Sayt ümumiyyətlə, həm mobil veriyaya, həm də geniş ekranlı kompüterlərə uyğun standartlarda açılır. Fəqət daha bir yenilik edilərək saytın mobil tətbiqi yenicə istifadəyə verilib ki, bununla siz daha geniş imkanlardan faydalana biliriniz. Android  əməliyyat sistemi olan telefonlar üçün hazır olan tətbiqi Google Playmarket-də  "neharada” axtarıb telefonunuza yükləyə bilərsiniz. Beləcə saytdakı bütün yeniliklər barədə məlumatlı olacaqsınız.

Üstünlüklər təkcə bunlarla bitmir. Siz tətbiq vasitəsilə müxtəlif məkanlardan endirimli istifadə imkanlarını da qazana bilərsiz. Bu zaman saytda yer alan iaşə obyektləri üzrə məkanları sosial şəbəkələrdə paylaşım etməniz yetərlidir ki bu şansı qazanasınız.  Belə ki, Azərbaycanda ilk olan bu unikal paylaşım – endirim sistemini Sizə sadəcə neharada.az təqdim edir.

 

Gördüyünüz kimi, sayt çoxçeşidli funksiyaya malik olmaqla, fərqli və olduqca maraqlı bir üslubda fəaliyyət göstərir. 

 

Siz də neharada.az saytından faydalanın və uzaq məsafələri özünüzə yaxın edin.

 

Sayt ünvanı:  www.neharada.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı