Modern.az

Qənirə Paşayeva ön cəbhədəki kəndlərin sakinlərini dinlədi

Qənirə Paşayeva ön cəbhədəki kəndlərin sakinlərini dinlədi

24 İyun 2017, 12:10

Millət vəkili Qənirə Paşayeva  Ramazan bayramı münasibəti ilə ön cəbhədə yerləşən Ağdam kəndində müəllimlər və  sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib. Qənirə Paşayeva Ağdam və Vahidlidə müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq, onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. 

Ramazan bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. 


Q.Paşayeva müəllimlərin qayğı və problemləri ilə də maraqlanıb. Yaxşı oxuyan şagirdləri də bayram münasibəti ilə təbrik edən deputat həmçinin kənd sakinləri ilə də görüşüb, bayramlarını təbrik edib.  Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.  
Millət vəkili kəndə səfər zamanı sakinləri  dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. O, bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.


Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlər millət vəkilindən xahiş ediblər ki ön cəbhə olan Ağdam kəndi yolunun vəziyyəti pisdir və onun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etsin. Deputatın bununla bağlı müraciətlər etdiyini bildiklərini və bunun üçün təşəkkürlərini bildirən sakinlər məsələnin öz həllini tapması üçün Qənirə Paşayevadan təkrar bu məsələni dövlət qurumları qarşısında qaldırmasını xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən Q.Paşayeva Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı təkrar müraciət edəcəyini vurğulayıb. O bildirib ki,  doğurdan da Ağdam yolunun təcili düzəldilməsinə ehtiyac var və ümid edir ki, məsələyə yaxın zamanlarda baxılacaq.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır