Modern.az

YAP: “İqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər”

YAP: “İqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər”

24 İyun 2017, 12:17

Uzun müddətdir ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu baş tutmur. Belə bir görüşün reallaşması üçün tərəflər hələ ki susqunluq nümayiş etdirirlər.


Maraqlıdır, yaxın vaxtlarda  iqtidar-müxalifət görüşü baş tuta bilərmi?

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının  Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a bu haqda açıqlama verib.

 

Deputat bildirib ki, iqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər.

 

“Amma hələ ki görüşlərin təşkil edilməsi ilə bağlı  müzakirə getmir. Dialoq təkcə dəyirmi masa arxasında oturub fikir mübadiləsi etmək deyil. Dialoq mühitdir. Ölkəmizdə bu gün  tərəflər öz mövqeyini bildirə bilir, özünün düzgün saydığı fikri müdafiə edə bilər. Bu gün Azərbaycanda həmin mühit var. Demokratik, azad, konstitutsiyanın vətəndaşlara verdiyi böyük hüquqlar çərçivəsində  hər bir şəxs qanuna zidd olmayan formada öz fikrini çatdıra bilir”.

 

 

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...