Modern.az

Bakıdakı “Formula 2” yarışlarında QƏZALAR baş verdi

Bakıdakı “Formula 2” yarışlarında QƏZALAR baş verdi

24 İyun 2017, 13:03

Bu gün Bakıda Formula 2 üzrə birinci yarış başlayıb.

Trend-in məlumatına görə, yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir.

Artıq Formula 2 yarışlarında ilk qəzalar qeydə alınıb.

Belə ki, elə startdaca “Rapax” pilotu Conni Çekotto qəflətən əyləcə basıb. Bir neçə dəqiqədən sonra o, trasa qayıtsa da, ikinci dövrədə divara çırpılıb.

Nəticədə C.Çekotto yarışı erkən tərk etməli olub.

Həmçinin, "Prema Racing" pilotu Antonio Fuoko 6-cı dövrədə qəza törədib. A.Fuoko "Trident" pilotu Serxio Kanamasası ötməyə çalışarkən qəza nəticəsində bolidin ön qanadını zədələyib.

Bundan başqa, trası digər "Trident" pilotu Nabil Ceffri də tərk edib. O, yeddinci döngədə divara çırpılıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır