Modern.az

Elmar Vəliyev şikayətçiləri qəbul etdi

Elmar Vəliyev şikayətçiləri qəbul etdi

24 İyun 2017, 13:54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaş qəbulu keçirib. Modern.az-ın məlumatına görə, qəbulda idarə və müəssisə rəhbərləri, o cümlədən 50 nəfərdən çox vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı tərəfindən dinlənilərək, onların ehtiyacları mümkün şəkildə təmin edilib.

Qəbulda əsasən fərdi mənzillərə su xəttinin çəkilişi, küçə və dalanlara kanalizasiya xətlərinin çəkilməsi, işlə təminat, fərdi mənzillərin təmirinə və dam örtüklərinin dəyişdirilməsinə köməklik, məşğulluğun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə dəstək və.s. məsələlər ilə bağlı problemlər səsləndirilib.

Şəhər rəhbərliyi tərəfindən müraciətlərin bir qisminin müsbət həlli üçün dərhal tapşırıq verilib, konkret olaraq vaxt müəyyənləşdirilib. Dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyəti şəxslərə və qurumlara tapşırıqlar verilib.

Qəbulda yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər. Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərinə, birinci vitse prezidentə və şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıq ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir