Modern.az

Jurnalist Mikayıl Yaqubzadə vəfat edib

Jurnalist Mikayıl Yaqubzadə vəfat edib

24 İyun 2017, 14:00

Uzun müddət müxtəlif mətbu orqanlarda çalışan jurnalist Mikayıl Yaqubzadə vəfat edib. Bu barədə Modern.az-a mərhumun dostu Nəzirməmməd Zöhrablı məlumat verib.

O, həmkarımızın qəfil ölümünün onu tanıyanlarda dərin kədər hissi doğurduğunu vurğulayıb.

Mikayıl Yaqubzadə Lənkəranın Gərmətük kəndinin yetirməsi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru idi. O, əvvəllər “Panorama”, “Xalq qəzeti” və digər KİV-lərdə çalışıb.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?