Modern.az

Şair Nəsib Nəbioğlunun şeirləri Riqada dərc edilib

Şair Nəsib Nəbioğlunun şeirləri Riqada dərc edilib

7 May 2011, 22:17

Riqada Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının (BYPA) nəşri olan “Planeta poetov” (“Şairlər planeti”) silsiləsindən beşinci poetik məcmuə işıq üzü görüb. Məcmuəyə 53 ölkədən 130 şairin, o cümlədən tanınmış şair Nəsib Nəbioğlunun şeirləri daxil edilib. (AzərTAc)
Dünyanın müxtəlif guşələrində yaşasalar da, rus dilində yazıb-yaradan müəlliflər öz şeirlərində insan taleyindən, onun gündəlik qayğılarından, qəlbini çalğalayan məhəbbət hisslərindən, ümid və istəklərindən, nakam arzularından, Vətən və doğma dil həsrətindən yazırlar. Məcmuədə ispan, katalon, ingilis, Azərbaycan, polyak dillərində yazan şairlərin rus dilinə tərcümələri də yer alıb. Müəlliflər arasında Rusiya, ABŞ, Kanada, İspaniya, Serbiya, Fransa, İngiltərə, Avstriya, Polşa, Baltikyanı və bir çox digər ölkələrin şairləri var. Rus dilində yazan bu insanları rus dilinə və mədəniyyətinə məhəbbət birləşdirir.
Məcmuədə Azərbaycan layiqincə təmsil olunub. Tanınmış şair, BYPA-nın üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin üzvü, “Planeta poetov” məcmuəsinin oxucularına yaxşı tanış olan Nəsib Nəbioğlu öz yeni şeirlərini təqdim edib.
“Planeta poetov-5” 40-dək poeziya, nəsr və publisistika toplusuna malik BYPA kitabxanasını zənginləşdirəcək. Belə nəşrlərin sayı ilbəil artır. BYPA hazırda haqlı olaraq dünyanın ən iri yaradıcılıq qurumlarından biri sayılır. Qurumda dünyanın 58 ölkəsindən mindən çox yazıçı, şair və publisist təmsil olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər