Modern.az

Məişət zorakılığına dair qanun dəyişdirilir

Məişət zorakılığına dair qanun dəyişdirilir

24 İyun 2017, 17:57

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinin dəyişdirilməsi təklif edilir.

 

Hazırda qüvvədə olan variantda qeyd edilib ki, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir.

 

Bununla məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi faktla və onun mühafizəsi ilə bağlı tədbirlərin təxirə salınmadan, daha sürətlə həyata keçirilməsi mexanizmi tətbiq olunur.

 

Təklif olunan dəyişiklikdə isə göstərilib ki, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.

 

Qanuna dəyişiklik Milli Məclisin iyunun 30-da keçiriləcək iclasında müzakirə ediləcək.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi