Modern.az

Daha 5 pilot Formula 1-in sıralama turunda mübarizəni dayandırıb

Daha 5 pilot Formula 1-in sıralama turunda mübarizəni dayandırıb

24 İyun 2017, 17:59

Bakıda keçirilən Formula 1 yarışlarının sıralama turunda ikinci mərhələ başa çatıb.

Trend-in məlumatına görə, bu mərhələ nəticəsində daha 5 pilot mübarizəni dayandırıb.

İkinci mərhələdə Daniil Kvyat, Karlos Sains (hər ikisi Toro Rosso), Kevin Magnussen (Haas), Niko Hulkenberq (Renault) və Paskal Verlayn (Sauber) üçüncü mərhələyə vəsiqə qazanıb.

Hazırda 1:41.275 dəqiqə göstərici ilə Lyuis Hemilton hələ də liderdir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır