Modern.az

Ramazan bayramı nə vaxt qeyd olunmalıdır – mübahisələrə aydınlıq məqsədi ilə…

Ramazan bayramı nə vaxt qeyd olunmalıdır – mübahisələrə aydınlıq məqsədi ilə…

24 İyun 2017, 20:21

Ramazan bayramının nə zaman keçiriləcəyi ilə bağlı mübahisələr yenə də gündəmdədir. Ramazan bayramı, ilk bayram namazı sabah icra edilməlidir, yoxsa o biri gün? Bayram 25 iyundadır, yoxsa 26 iyunda? Bu məsələni ciddi şəkildə araşdırmaq lazımdır. Təsəvvür edin ki, VII əsrdən bu yana bayramın nə zaman olacağı haqqında dəqiq məlumat olsa da, heç bir çaşqınlığa yol verilməsə də, indiki yüksək texnoloji dövrdə, hətta saniyələrdən də kiçik anları hesablaya bilsələr də, nədənsə bu məsələni aydınlaşdıra bilmirlər.

 

Bu da təbiidir ki, islam toplumunun parçalanmasına səbəb olur. Bu məqsədyönlü addımdır, yoxsa bilgi zəifliyidir?

 

Ən maraqlı olan da odur ki,  bir ay boyunca oruc tutduqdan sonra bayram günü oruc tutmaq az qala bir ayın zəhmətini puç edir. Çünki bayram günü oruc tutmaq haramdır. Biz bu məqsədlə bu məsələyə aydınlıq gətirmək istəyirik.

Ərəb dilində Ramadan olan Ramazan ayı ərəb təqvimində konkret aydır. Bayram isə Ramazan ayından sonra gələn şəvvəl ayının 1-i və 2-cidir. Burada mübahisə yoxdur. Sizə təqdim edəcəyimiz 2017-ci ilin ərəb təqvimində Ramazan 29 gündür. Demək bayram sabah, yəni miladi təqvimlə 25.06.2017-ci ildə qeyd olunmalıdır. Çaşqınlıq məhz Ramazan ayını 30 gün qəbul etməkdən irəli gəlir. Ərəb təqvimində isə bu ilin də Ramazan ayı qeyd etdiyimiz kimi 30 gün deyil, 29 gündür. Ramazan ayında olan namaz, bununla da oruc təqvimini sizə təqdim edirik:

 

 

#

اليوم

الفجر

الشروق

الظهر

العصر

المغرب

العشاء

1

السبت 27 مايو

03:13

04:55

11:52

3:28

6:49

8:18

2

الأحد 28 مايو

03:13

04:55

11:52

3:28

6:49

8:19

3

الإثنين 29 مايو

03:12

04:54

11:52

3:28

6:50

8:20

4

الثلاثاء 30 مايو

03:12

04:54

11:52

3:28

6:50

8:21

5

الأربعاء 31 مايو

03:11

04:54

11:52

3:28

6:51

8:21

6

الخميس 01 يونيو

03:11

04:53

11:52

3:29

6:51

8:22

7

الجمعة 02 يونيو

03:10

04:53

11:53

3:29

6:52

8:23

8

السبت 03 يونيو

03:10

04:53

11:53

3:29

6:53

8:24

9

الأحد 04 يونيو

03:09

04:53

11:53

3:29

6:53

8:24

10

الإثنين 05 يونيو

03:09

04:53

11:53

3:29

6:54

8:25

11

الثلاثاء 06 يونيو

03:09

04:52

11:53

3:29

6:54

8:26

12

الأربعاء 07 يونيو

03:08

04:52

11:53

3:29

6:55

8:26

13

الخميس 08 يونيو

03:08

04:52

11:54

3:29

6:55

8:27

14

الجمعة 09 يونيو

03:08

04:52

11:54

3:30

6:55

8:27

15

السبت 10 يونيو

03:08

04:52

11:54

3:30

6:56

8:28

16

الأحد 11 يونيو

03:07

04:52

11:54

3:30

6:56

8:28

17

الإثنين 12 يونيو

03:07

04:52

11:54

3:30

6:57

8:29

18

الثلاثاء 13 يونيو

03:07

04:52

11:55

3:30

6:57

8:29

19

الأربعاء 14 يونيو

03:07

04:52

11:55

3:30

6:58

8:30

20

الخميس 15 يونيو

03:07

04:52

11:55

3:31

6:58

8:30

21

الجمعة 16 يونيو

03:07

04:52

11:55

3:31

6:58

8:31

22

السبت 17 يونيو

03:07

04:52

11:55

3:31

6:59

8:31

23

الأحد 18 يونيو

03:07

04:52

11:56

3:31

6:59

8:32

24

الإثنين 19 يونيو

03:07

04:53

11:56

3:31

6:59

8:32

25

الثلاثاء 20 يونيو

03:07

04:53

11:56

3:32

6:59

8:32

26

الأربعاء 21 يونيو

03:08

04:53

11:56

3:32

7:00

8:32

27

الخميس 22 يونيو

03:08

04:53

11:57

3:32

7:00

8:33

28

الجمعة 23 يونيو

03:08

04:53

11:57

3:32

7:00

8:33

29

السبت 24 يونيو

03:08

04:54

11:57

3:32

7:00

8:33

إمساكية رمضان 2017 السعودية

 

Bu təqvimdən aydın görünür ki, ərəb təqvimində 2017-ci ilin Ramadan ayı 29 gündür və sabah bayramdır.

 

Eyni zamanda onu da qeyd edək ki, Bakı ilə Ər-Riyad və yaxud Bağdad arasında cəmi 1 saat vaxt fərqi olmasına baxmayaraq bayramı 1 gün sonraya atmaq yalnız çaşqınlıqdır.

 

Diqqət etsəniz Türkiyə və s. ölkələrdə də təqvim əsasında Ramazan bayramı sabah qeyd olunacaq. Təəssüf ki, bu sadə hesablamanı bu gün bizim rəsmi institutlar nəzərə ala bilməyiblər.

 

Əlbəttə daha doğrusunu yalnız Uca Allah bilir. Ramazan bayramınız mübarək olsun!

 

Atif İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir