18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Müdafiə nazirinin etirazı: “Brejnev yalnız mənim meyitimin üstündən keçməklə marşal rütbəsi ala bilər” - MARAQLI
Müdafiə nazirinin etirazı: “Brejnev yalnız mənim meyitimin üstündən keçməklə marşal rütbəsi ala bilər” - MARAQLI
24.06.2017, 21:44

Onların aralarında çox isti münasibət olub. Baş katib müdafiə nazirinə Andrey, müdafiə naziri isə Baş katibə Leonid deyə müraciət edib. Onlar hətta sevdikləri məşğuliyyətlərin, şakərlərinin keyfindən də birgə zövq alıblar. Futbol və xokkey oyunlarına birlikdə azarkeşlik ediblər, ova birlikdə çıxıblar. Amma bu dostluğun sonu sirli bir müəmma ilə bitib.

Modern.az saytı 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuş marşal Andrey Qreçko haqqında yazını təqdim edir.

Andrey Qreçko madafiə naziri vəzifəsinə və marşal rütbəsinə sıravi əsgər formasından gəlib. Birinci Dünya maharibəsinin iştirakçısı olub, Böyük Vətən müharibəsində ağır döyüş yolları keçib, döyüş zonalarındakı ayrı-ayrı ordu hissələrinə başçılıq edib, uğurlu hərbi əməliyyatları ilə fərqlənən sərkərdə kimi tanınıb.

Qreçko müharibədən sonra Kiyev Hərbi Dairəsi qoşunlarının komandanı vəzifəsində çalışıb. 1955-ci ildə Sovet İttifaqı Marşalı rütbəsini alıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunan Qreçko 1960-67-ci illərdə SSRİ müdafiə nazirinin 1-ci müavini, 1967-ci ildən ömrünün sonuna qədər isə SSRİ-nin müdafiə naziri vəzifəsini daşıyıb.

Andrey Qreçko SSRİ rəhbərliyində kifayər qədər ciddi fiqur kimi qəbul olunub. Jukovdan sonra (16 illik fasilədən sonra) o, müdafiə naziri kimi Siyasi Büronun üzvü olub. Çexoslovakiyada keçirilən hərbi əməliyyatlarla daha çox yadda qalan Qreçko qətiyyətli, inadkar, sözünü deməyi bacaran hərbçi kimi yadda qalıb. Andropova qarşı sərt münasibətlərini çəkinmədən biruzə verən marşaldan bir çox hallarda hətta ən yüksəkçinli məmurlar da çəkiniblər.

Andrey Qreçko ağır müharibə yollarından keçməsinə baxmayaraq səhhətində heç bir problem olmayıb. Sağlam həyat tərzinə üstünlük verən marşal olduqca ciddi bir rejimdə idmanla məşğul olub. Müdafiə naziri olarkən həftədə iki dəfə tabeliyində olan ali zabitləri də cəlb etməklə ordu idman klubunun bazasında vaxtının 90 dəqiqəsini idmanla məşğul olmağa, xüsusilə də tennis və voleybol oynamağa sərf edib.

O ki, qaldı marşalın hansı idman növünə və hansı komandaya azarkeşlik etməyinə, Qreçko futbol həvəskarı olub, OMİK (ЦСКА) futbol komandasına dəlicəsinə azarkeşlik edib. Məhz Qreçkonun nazir olduğu illərdə bu komanda üçün bütün şəraitlər yaradılıb, yeni baza tikilib, futbolçuların sosial rifahının yaxşılaşması sahəsində bir çox tədbirlər həyata keçirilib.


Qreçko həm də müharibədən bəhs edən filmləri seyr etməyi çox sevib və o, 60-cı illərin sonunda yeni bir müharibə filminin çəkilişi ilə bağlı təklif irəli sürüb. Marşal cəbhə yazıçıları olan Vasilyevi və Rapoportu yanına dəvət edib və fikrini bildirib:

-Yeni bir film çəkmək lazımdır, zabitlərin həyat yoldaşları haqqında. Mənim üzərimdə olan ordenlərin 50 faizi mənim xanımıma məxsusdur. Və bu filmdə hökmən “Belə bir peşə var, vətəni müdafiə etmək və bu həyatın mənasıdır” ifadəsi işlənilməlidir.

Beləliklə, film çəkilib, bədii şura filmi bəyənərək qəbul edib, Dövlət Kino komitəsində isə bir çox bəhanələrlə filmin uğurlu olmamasını qeyd ediblər. Buna görə də filmin yayılmasının çox məhdud şəkildə həyata keçirilməsi qərara alınıb. Təbii ki, bu, Qreçkonun heç də xoşuna gəlməyib. Filmin ilk təqdimatından sonra marşalın həyat yoldaşı Qreçkoya bildirib ki, “bu ki, bizim haqqımızdadır və çox gözəl filmdir”. Qreçko filmin bir surətini çıxartdırıb və xanımına deyib ki, “əgər film xoşuna gəlibsə, onda təkrar bir də baxarıq, özü də Brejnevlə birlikdə”.

Beləliklə, Leonid İliçin bağında iki ailə birlikdə filmi seyr ediblər. Film Brejnevin xoşuna gəlib, bununla da “Zabitlər” filminin bəxti açılıb.

1976-cı ildə Breynevin 70-illik yubileyi ilə bağlı hələ bir il əvvəldən hazırlıq işlərinə başlanılıb. Tədbirlər, ziyafətlər, qəbullar, dövlət mükafatları, hədiyyələr müzakirə olunub. Nəhayət, Breynevə marşal rütbəsi verilməsi məsələsi də gündəmə gəlib. Və bu da təsadüfi olmayıb. Leonid İliç general-mayor rütbəsini 1944-cü ildə alıb. Yavaş-yavaş ulduz xəstəliyinə tutulan Breynev general-leytenant rütbəsinə də sahib olub. Ancaq bu xəstəlik Baş katib olarkən daha da şiddətlənib və o, 1974-cü ildə general-leytenent rütbəsində olanda birbaşa ordu generalı rütbəsini çiyinlərinə taxmağa müvəffəq olub. Bunlar bir tərəfə, Brejnev öz yaxın ətrafı ilə süfrə arxasında əyləşəndə arzusunu dilə gətirməkdən də çəkinməyib: “Qızıl Meydanda bayram münasibəti ilə parad qəbul edərkən Baş katib ordu generalı rütbəsində dayanır, onun ətrafındakılar isə marşal formasında. Bu işin həllinin zamanı yetişib axı...”

Qreçkoya Brejnevin rütbə verilməsi məsələsini deyəndə marşal kəskin şəkildə etirazını bildirib: “Brejnev yalnız mənim meyitimin üstündən keçməklə marşal rütbəsi ala bilər”.

Aydın məsələdir ki, Qreçkonun münasibətini dərhal Breynevə çatdırıblar.

Yaxın dost münasibətlərində olmalarına baxmayaraq, Qreçko Brejnevin marşal rütbəsi gəzdirməsini haqsızlıq kimi qəbul edib və xatırladıb ki, “mən general-polkovnik olanda Brejnev hələ polkovnik rütbəsində gəzib”.

Bu hadisələrin ərəfəsində, 1976-cı il aprelin 26-da Qreçkonun qəfil ölüm xəbəri yayılıb. SSRİ DTK-sının 9-cu idarəsinin müdafiə nazirinə təhkim olunmuş zabiti Rodionov bu haqda öz xatirələrində yazıb:

“Həmin gün biz səhər 8.30-da evdən çıxmalıydıq. Nazir iclasa getməli idi. Mən onu giriş qapısında gözləyirdim. Marşal dəqiqliyi sevən adam idi. 10-15 dəqiqə keçdikdən sonra narahat oldum. Evdə olanlardan nazirin nə vaxt çıxacağını soruşdum. Cavab isə belə oldu ki, o hələ öz otağından çıxmayıb. Sonra nəvəsini onun otağına göndərdik. Qreçko hərəkətsiz vəziyyətdə öz kreslosunda qalmışdı...”.

Qreçkonun qəfil ölümü çoxlarında şübhə yaradıb. Kifayət qədər sağlam olan, mütəmadi olaraq xüsusi həkim müayinəsindən keçən marşalın ölümü müxtəlif versiyaların üzə çıxmasına səbəb olub.

Bu versiyalardan ən əsası hansı olub?

Hələ 1937-ci ildə “NKVD”-nin 12-ci idarəsinin nəzdində tibb xidməti polkovniki, professor Qriqoriy Mayranovskinin rəhbərliyi altında toksikoloji laboratoriya yaradılıb. Bu mərkəz “Laboratoriya-X” adlanıb. Məhz burada elə zəhərli maddələr hazırlanıb ki, heç bir test və analizlə onu orqanizmdə aşkar etmək mümkün olmayıb. Bu cür zəhərli maddələrin istifadəsi də çox asan olub. Yəni həmin maddəni yeməyə, suya, hər hansı bir içkiyə qatmağa, yaxud havaya buraxmağa ehtiyac olmayıb. Sadəcə hər hansı bir görüşdən 20-30 dəqiqə əvvəl həmin zəhər əvvəlcədən ələ sürtülürmüş və həmin adam kiminlə əllə görüşürmüşsə, zəhər görüşdüyü adama keçirmiş. (əlinə həmin maddəni sürtən adam görüşdən sonra əlini əvvəlcədən hazırlanmış antidotla silməklə maddəni zərərsizləşdirirmiş) Və beləliklə, həmin zəhəri əli ilə qəbil etmiş adam bir neçə gündən sonra qəfil ölürmüş.

Versiyalara görə, Qreçkonun ölümü də belə təşkil olunub. Amma hər halda bütün bunlar versiya olaraq qalır.

Əsas məsələ isə odur ki, Leonid İliç Qreçkonun ölümündən 10 gün sonra öz sevimli “oyuncağını”, marşal rütbəsini az qala uşaq sevinci ilə çiyinlərinə taxmağa nail olub...


İlham Cəmiloğlu

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
18.06.2018, 14:29

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018, 14:18

İŞİD Suriyada əsas istinadgahını itirib

Güclü külək və leysan 500 ailəyə ziyan vurub
18.06.2018, 14:07

Güclü külək və leysan 500 ailəyə ziyan vurub

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  
18.06.2018, 13:47

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  
18.06.2018, 13:32

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  

Ötən gün 76 cinayət faktı qeydə alınıb
18.06.2018, 13:14

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi
18.06.2018, 13:03

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB
18.06.2018, 12:58

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı
18.06.2018, 12:52

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti
18.06.2018, 12:48

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18.06.2018, 12:29

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB
18.06.2018, 12:16

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

Türkiyə Antarktikada elmi baza yaradacaq
18.06.2018, 11:59

Türkiyə Antarktikada elmi baza yaradacaq

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar
18.06.2018, 11:42

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar

“Qara qızıl” ucuzlaşır
18.06.2018, 11:16

“Qara qızıl” ucuzlaşır

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb
18.06.2018, 11:02

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...
18.06.2018, 10:49

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO
18.06.2018, 10:44

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18.06.2018, 10:35

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib

Ermənistan atəşkəsi 102 dəfə pozdu
18.06.2018, 10:32

Ermənistan atəşkəsi 102 dəfə pozdu

Azərbaycanda aqrar sektor 9% böyüyüb
18.06.2018, 10:30

Azərbaycanda aqrar sektor 9% böyüyüb

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ
18.06.2018, 10:24

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb
18.06.2018, 10:05

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM
18.06.2018, 09:25

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM

Əhalinin banklarda 7.8 milyard manat pulu var
18.06.2018, 09:16

Əhalinin banklarda 7.8 milyard manat pulu var

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.8%)
Braziliya(16.8%)
Almaniya(15.6%)
İngiltərə(6.02%)
Portuqaliya(13.2%)
İspaniya(4.81%)
Fransa(4.81%)
Belçika(1.20%)
Seneqal(2.40%)
Rusiya(18.0%)