Modern.az

Kiyevdə deputat yol qəzasında öldü

Kiyevdə deputat yol qəzasında öldü

Aktual

25 İyun 2017, 00:30

Kiyev yaxınlığında baş verən yol qəzasında üç nəfər, eləcə də Kiyev Vilayət Şurasının deputatı Boris Pançenko həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının başçısı Aleksandr Qorqan məlumat verib.

"Bir saat əvvəl yol qəzası nəticəsində Kiyev Vilayət Şurasının 1952-ci il təvəllüdlü deputatı Pançenko Boris Maksimoviç dünyasını dəyişib", — deyə o öz "Facebook" səhifəsində yazıb.

Aleksandr Qorqanın sözlərinə görə, qəza Belotserkovski rayonunda, Belaya Serkov — Volodarka yolunda qeydə alınıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!