Modern.az

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

Aktual

26 İyun 2017, 09:02

Pakistanın şərqində neft tankerində baş verən yanğın zamanı 140-dan çox ölən olub. 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, yanğın Pəncab əyalətində baş verib.

Yanğın nəticəsində 140 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Yanğının səbəbi barədə məlumat verilmir.

****

Pakistanın şərqində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 148-ə çatıb.

Xarici KİV-lərin verdiyi məlumata görə, Pəncab əyalətində baş verən qəzada 50-dək adamın yaralandığı bildirilir.

Yerli əhali aşan avtomaşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

 
***

Pakistanın şərqində, Pəncab əyalətində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 152-yə çatıb.

Yerli mətbuatın verdiyi məlumata görə qəzada 110-dan çox adam yaralanıb.

Yerli əhali aşan maşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?