Modern.az

Pakistan vətəndaşını Lökbatanda döydülər

Pakistan vətəndaşını Lökbatanda döydülər

25 İyun 2017, 13:09

Bakıda əcnəbiyə qarşı xuliqanlıq edilib. 

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, Pakistan vətəndaşı, 1994-cü il təvəllüdlü Ahmed Cunayed Ahmedali oğlu Qaradağ rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən kafedə tanışı tərəfindən döyülüb. 23 yaşlı pakistanlı bildirib ki, onu döyən şəxsin adı Bəxtiyar Yazquliyevdir. Xəsarətin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?