Modern.az

Xəstəxanadan çıxan deputat iclasa qatılacaq

Xəstəxanadan çıxan deputat iclasa qatılacaq

25 İyun 2017, 14:09

“Hüseynbala Mirələmovun səhhəti yaxşılaşıb. Artıq işlərinin başındadır, yazılar yazır. İyunun 30-u Milli Məclisin plenar iclasına da qatılacaq” Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

 

O, bildirib ki, Hüseynbala müəllimin bu gün doğum günüdür.

 

“Bu gün Hüseynbala Mirələmovun 72 yaşı tamam olur. Səhər onu zəng edib təbrik etdim. Hüseynbala Mirələmovla uşaq vaxtından dostuq, bir sinifdə oxumuşuq. Tale elə gətirdi ki, Milli Məclisdə də təmsil olunduq. Uşaqlıqdan bəri dostluğumuz davam edir. Ona Allahdan can sağlığı arzu edirəm. Hər zaman yaxşı yazılar yazsın və biz də oxuyaq. Neçə vaxtdı səhhətinə görə işə çıxmır. Ayın 30-u keçiriləcək iclasda hamımız onu görüb sevinəcəyik”

 

 

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov insult səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. 

 

Namidə BİNGÖL 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu