Modern.az

"Əli və Nino" İTALİYADA

"Əli və Nino" İTALİYADA

25 İyun 2017, 18:51
Azərbaycan Italiya Gənclər Assosasiyasının həmsədri Emin Rüstəmov İtaliyada təşkil olunan 1-ci Azərbaycan Film Festivalı haqqında fikirlərini Modern.az-la bölüşüb:
 
 
"Mən deyərdim ki, bu Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunan möhtəşəm mədəni tədbirlərdən biri idi. Romada 3 gün əsl Azərbaycan abu-havası yaşandı. Beleki, iyun ayının 22-24 tarixlərində, Romanın Villa Borgesse parkında yerləşən Casa Del Cinema kino mərkəzində 2 sənədli olmaqla ümumilikdə 9 Azərbaycan filmi nümayiş olundu. Böyük izləyici kütləsi toplayan Azərbaycan filmleri herkesin rəğbətini qazandı deyə düşünürəm. Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən bu cür işlər, əlbəttə ki, yerli İtalyan xalqının o cümlədə Romada olan turistlərində marağına səbəb oldu. 3 gün ərzində 100-lərlə insan əllərində festivalın proqramı ilə birlikdə növbəti filmin nəvaxt başlayacağın gözləyirdilər. 
 
 
Təbii ki, bu bizimçün çox böyük qürur hissidi. Əli və Nino ekran əsəriylə
Start götürən Film festivalı "Hedden artıq uyğunluq" romantik komediya filmi ilə yekunlaşdı. Festivalda təkcə sadə vətəndaşlar deyil, diplomatik korpusların nümayəndələri, meşhur reskissorlar, aktyorlar, incəsənət və elm xadimləri də iştirak edirdilər. 
 
 
Düşünürəm ki, bu cür tədbirlər Azərbaycanın təbliğatı istiqamətində görülməsi vacib olan məsələlərdi və eyni zamanda qeyd etmək istərdim ki, bu işin öhdəsindən layiqincə gəlindi. Sonda əməyi kəçən hərkəsə dərin təşkkürümü bildirirəm".
 
 
Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir