Modern.az

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

25 İyun 2017, 20:30

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 19-dan 25-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 7 min 960 ədəd qəlpə, 1 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilib. Nəticə etibarilə 184 min 735 kvadratmetr ərazi tam təmizlənib, 78 min 200 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

ANAMA-dan bildirilib ki, 122 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 135 min 672 ədəd qəlpə, 74 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 12 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZT), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 millimetrlik silah qumbarası (VOQ-17) 1 ədəd 122 millimetrlik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 887 min 936 kvadratmetr ərazi tam təmizlənib, 1 milyon 560 min 140 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər