Modern.az

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib   

25 İyun 2017, 20:46

Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümü ilə əlaqədar Xəzərdə boğulmaq təhlükəsiylə üzləşənlərin sayının artdığını bildirib.

İyunun 25-də saat 19:00 radələrində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bu gün axşama yaxın daha bir nəfərinQaradağ rayonu ərazisindəki çimərlikdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veruiblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...