Modern.az

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu   

25 İyun 2017, 21:26

İyunun 25-də futbol üzrə FİFA Konfederasiyalar Kubokunun “B” qrupunda keçirilən iki oyunla yarımfinala vəsiqə qazanan daha iki komanda müəyyənləşib.

Modern.az xəbər verir ki, Çili millisi Avstraliya ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

“B” qrupunun ikinci oyununda Almaniya Kamerunla qarşılaşıb. Almaniya yığması 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, üç turdan sonra hesabında yeddi xal olan Almaniya millisi “B” qrupunun lideri kimi yarımfinala yüksəlib.

Hesabındakı xalları beşə çatdıran Çili yığması qrup ikincisi olaraq növbəti pley-off mərhələsinə adlayıb. Aktivində iki xal olan Avstraliya və bir xalı olan Kamerun yığmaları müvafiq olaraq qrupda üçüncü və dördüncü yerləri tutaraq turnirdə mübarizəni dayandırıblar.

Xatırladaq ki, “A” qrupundan yarımfinala hər biri 7 xal toplayan Portuqaliya və Meksika komandaları vəsiqə qazanıblar.

İyunun 28-də ilk yarımfinal görüşündə Portuqaliya komandası Çili, iyunun 29-da ikinci yarımfinal matçında isə Almaniya yığması Meksika ilə qarşılaşacaq.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır