Modern.az

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25 İyun 2017, 21:41

Bakıda yarış yüksək səviyyədə təşkil olunmuşdu. Doğrusu asan qələbə qazandım deyə bilmərəm. Əzimkarlıq nümayiş etdirərək buna nail oldum.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 25-də Formula-1 Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkardo deyib.

Bakıda Formula-1 yarışları üçün hər cür şəraitin olduğunu diqqətə çatdıran D.Rikkardo deyib: “Tras çox həyəcanvericidir. Kəskin döngələrdən keçərək böyük sürət xəttinə malik düz trasa çıxırsan. Ümumiyyətlə Bakı trasını çox bəyənirəm”.

“Keçən il olduğu kimi, bu ildə yarış maraqlı keçdi. Bu il yarışda təhlükəli məqamlar yaşandı. Bunların nəticəsində yarış qəzalarsız ötüşmədi. Dünən mən də qəza etmişdim. Ancaq məyus olmadım. Çox sevinirəm ki, cari mövsümdə ilk qələbəmi qazandım”, - deyə avstraliyalı pilot əlavə edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi