1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərdi. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verildi və 24-29 yaşlı oğlanlar səfərbər edildi. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb. AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.  İmperiya azərbaycanlıların hərbçi olmasını istəmirdi  SSRİ qurulundan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Qızıl Orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Keçmiş SSRİ rəhbərliyinin bilərəkdən yeritdiyi bu siyasətin məqsədini Azərbaycanın o vaxtkı rəhbərliyi də anlamamış deyildi. 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu. C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.  Müstəqillik dövründə ordu quruculuğu 1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi. 1993-cü ildən sonra quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı. Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.  İslahatlar davam edir Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var.  Son illər Azərbaycanda hərbi təyinatlı məhsullar istehsalı olunur. Silahlı Qüvvələrinin peşəkar zabit kadrları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. Ali baş komandanın əmrilə ildə 4 dəfə yaşı 18-dən 35-dək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar. 1997-ci ildən etibarən Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatlar həyata keçirilməyə başlanıb.  Səngərdə düşmənlə üz-üzə  Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki, hər gün cəbhə xəttində atşəksin pozulması halı baş verir. Azərbaycan Respublikası düşmən tapdağı altında qalan arazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. «Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə hərbi yolla məsələnin həllinə nail olacağıq»-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib.  2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri dördgünlük müharibə zamanı uğurlu hərbi əməliyyatlarla Tərtərin Talış kəndi ətrafındakı yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələ təpə yüksəkliyini işğaldan azad etməklə gücünü düşmənə göstərdi. Modern.az " /> 1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərdi. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verildi və 24-29 yaşlı oğlanlar səfərbər edildi. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb. AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.  İmperiya azərbaycanlıların hərbçi olmasını istəmirdi  SSRİ qurulundan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Qızıl Orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Keçmiş SSRİ rəhbərliyinin bilərəkdən yeritdiyi bu siyasətin məqsədini Azərbaycanın o vaxtkı rəhbərliyi də anlamamış deyildi. 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu. C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.  Müstəqillik dövründə ordu quruculuğu 1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi. 1993-cü ildən sonra quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı. Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.  İslahatlar davam edir Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var.  Son illər Azərbaycanda hərbi təyinatlı məhsullar istehsalı olunur. Silahlı Qüvvələrinin peşəkar zabit kadrları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. Ali baş komandanın əmrilə ildə 4 dəfə yaşı 18-dən 35-dək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar. 1997-ci ildən etibarən Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatlar həyata keçirilməyə başlanıb.  Səngərdə düşmənlə üz-üzə  Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki, hər gün cəbhə xəttində atşəksin pozulması halı baş verir. Azərbaycan Respublikası düşmən tapdağı altında qalan arazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. «Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə hərbi yolla məsələnin həllinə nail olacağıq»-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib.  2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri dördgünlük müharibə zamanı uğurlu hərbi əməliyyatlarla Tərtərin Talış kəndi ətrafındakı yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələ təpə yüksəkliyini işğaldan azad etməklə gücünü düşmənə göstərdi. Modern.az ">
19 noyabr 2017, Bazar
Ana Səhifə - ÖLKƏ - 99 il öncə yaradılan MİLLİ ORDU  
99 il öncə yaradılan MİLLİ ORDU  
25.06.2017, 23:35

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycanda ordu quruculuğu prosesi çox çətin və mürəkkəb mərhələlərdən keçib. Həm Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə, həm də müstəqilliyimizin yenidən bərpa edildiyi 1991-ci ildən sonra ordu quruculuğu istiqamətində saysız-hesabsız maneələr dəf edilib.  

Milli Ordunun yaranma tarixi 

1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı, Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman qardaş Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətində ilk hərbi nazir vəzifəsini 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi.

1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.

1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.

1918-ci ildə yenicə yaranmış Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu birgə buna nail ola bildi. <p">1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərdi. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verildi və 24-29 yaşlı oğlanlar səfərbər edildi. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.

AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi. 

İmperiya azərbaycanlıların hərbçi olmasını istəmirdi 

SSRİ qurulundan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Qızıl Orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Keçmiş SSRİ rəhbərliyinin bilərəkdən yeritdiyi bu siyasətin məqsədini Azərbaycanın o vaxtkı rəhbərliyi də anlamamış deyildi.
1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu. C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 

Müstəqillik dövründə ordu quruculuğu

1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.
1993-cü ildən sonra quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı.
Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. 




İslahatlar davam edir 

Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var. 
Son illər Azərbaycanda hərbi təyinatlı məhsullar istehsalı olunur. Silahlı Qüvvələrinin peşəkar zabit kadrları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. Ali baş komandanın əmrilə ildə 4 dəfə yaşı 18-dən 35-dək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.
1997-ci ildən etibarən Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatlar həyata keçirilməyə başlanıb. 




Səngərdə düşmənlə üz-üzə 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki, hər gün cəbhə xəttində atşəksin pozulması halı baş verir. Azərbaycan Respublikası düşmən tapdağı altında qalan arazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. «Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə hərbi yolla məsələnin həllinə nail olacağıq»-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib. 

2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri dördgünlük müharibə zamanı uğurlu hərbi əməliyyatlarla Tərtərin Talış kəndi ətrafındakı yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələ təpə yüksəkliyini işğaldan azad etməklə gücünü düşmənə göstərdi.

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
19.11.2017, 10:31

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB
19.11.2017, 10:21

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB

Çaylarda sululuq səviyyəsi açıqlandı
19.11.2017, 10:12

Çaylarda sululuq səviyyəsi açıqlandı

Düşmən atəşkəsi 135 dəfə pozdu
19.11.2017, 09:49

Düşmən atəşkəsi 135 dəfə pozdu

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident məşhur Aslan Aslanovu təltif etdi
18.11.2017, 21:08

Prezident məşhur Aslan Aslanovu təltif etdi

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

ARXİV