Modern.az

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...   

Aktual

26 İyun 2017, 00:32

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Modern.az saytı Azərbaycanın hərbi nazirlərindən bəhs edən yazını təqdim edir.

1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) birinci hökumətində ilk hərbi nazir vəzifəsini 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər mülki şəxs olan Xosrov bəy Sultanov icra etdi.

1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi müvəqqəti olaraq Fətəli xan Xoyskiyə həvalə edildi.

1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.

1920-ci ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi. 

1991-ci ildə Azərbaycan ikinci dəfə müsətqillyini bərpa edəndən sonra yenidən ordu quruculuğuna diqqət artdı.


Azərbaycanın müdafiə nazirləri:

Xosrov bəy Sultanov - 1918-ci il mayın 28-dən iyunun 11-dək;
Fətəli xan Xoyski - 1918-ci il noyabrın 7-dən dekabrın 25-dək;
Səməd bəy Mehmandarov - 1918-ci il dekabrın 26-dan 1920-ci ilin aprelinədək;
Valeh Bərşadlı - 1991-ci ilin sentyabr-dekabr ayları;
Tacəddin Mehdiyev - 1991-ci il dekabr -1992-ci ilin yanvar ayları;
Şahin Musayev -  1992-ci ilin yanvar-fevral ayları;
Tahir Əliyev – 1992-ci ilin fevral-mart ayların;
Rəhim Qazıyev - 1992-ci ilin martından 1993-cü ilin fevralındak;
Dadaş Rzayev - 1993-cü il 20 fevraldan 17 iyunadək;
Səfər Əbiyev - 1993-cü ilin iyun-avqust ayları;
Vahid Musayev - 1993-cü ilin avqust-sentyabr ayları;
Məmmədrəfi Məmmədov - 1993-cü ilin sentyabrından 1995-ci ilin fevralınadək;
Səfər Əbiyev - 1995-ci ilin fevralından 2013-cü il 22 oktyabrədək;
Zakir Həsənov - 22 oktyabr 2013-cü il tarixindən indiyədək... 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər