Modern.az

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26 İyun 2017, 10:13

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, qanunun 97-ci hissəsinə uyğun olaraq, Xəyalə Adil qızı Cəmilova Sumqayıt Apelyasiya Məhkəməsinin, Rafael Əmir oğlu Eyvazov Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək. Onların Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin, 2017-ci il iyulun 28-dən vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar olaraq Əliyev Toğrul Məhəmməd oğlu, Məmmədov Vüqar Kamal oğlu Bakı Apelyasiya Məhkəməsinin, Vüsal Adil oğlu Cəbrayılov Şirvan Apelyasiya Məhkəməsinin, Vidadi Kamal oğlu Qasımov Şəki  Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.


Hakimlərlə bağlı Məsələyə Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənkənar iclasında baxılacaq.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi