Modern.az

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26 İyun 2017, 11:17

Füzuli Vaqifoğlu 1991-ci ildə Sumqayit şəhərində anadan olub. Uşaq və yeniyetmələr üçün yaradıcılıq mərkəzində musiqi təhsili alıb. Orta məktəb illərindən şeir yazır. Daha sonra özünü mahnı yazmaqla sınayıb və bəstəkarlıq təhsili olmasa da, onda bu, pis alınmayıb. “Fiziki məhdudiyyətlər səbəbi ilə çox arzularım ,o cümlədən bəstəkarlıq təhsili almaq arzum da ürəyimdə qaldı” deyən Füzulini narahat edən digər məsələlər də var.

Modern.az-ın müsahibi deyir ki, hazırda əsas yaradıcılığı  musiqilərə söz yazmaqdır.

“Mənə musiqilər təklif olunur, mən həmin fona uyğun sözlər yazıram”.

Həm şeir, həm də musiqi sifarişi alan gəncin sözlərinə görə, populyar müğənnilər olmasa da, ona dəyər verən bir çox sənətçilər tərəfindən yazdıqlarım qiymətləndirilib və səsləndirilib.


“Kimlər ki, məni tanıyır özləri sifariş verir və ya mən hansısa bir mahnı təklif edirəm çox vaxt problem yaşanmır. Düzdü, bəzən olur ki, münasibətim olan bir insan  müraciət edib deyir ki, ona dəstək olum, hansısa mahnıya söz yazım. Heç bir təmənnasız edirəm, amma sonra görürəm tanınmaq və ya reytinq xətrinə mənasız bir mahnıya 3000-5000 verir. Belə hallar olanda biraz sınıxır insan. Sizə bir söz də deyim, bir neçə il əvvəl populyar müğənnilərlə işləməyə can atdım, amma onlardan gördüyüm münasibət məni dərhal da bu addımdan çəkindirdi. Çünki onların özlərinin və ya prodüsserlərinin mahnı qarşılığında verdikləri cavab bu oldu: “Biz mahnıya pul vermirik”.

Bu haqsızlıqdır axı. Hansısa bir şair və bəstəkar əziyyət çəkirsə, niyə əziyyətinin qarşılığını almamalıdır axı. Məgər sənətçilər özləri el şənliklərində pulsuz oxuyurlar? Və ya hansısa toy sahibi müğənnini toya dəvət edib, sonda biz müğənniyə pul vermirik desə qəbul edə bilərlər belə şeyi?”.

F.Vaqifoğlunun sözlərinə görə, gənc şair və bəstəkarların qazancı müğənnilərlə birgə işdən olmalıdır.

“Amma müğənnilər də mahnı təklif edəndə ilk soruşduqları bu olur ki, "hansı məşhurla işləmisiz?".
Yəni hansısa bir tanınmış müğənni ilə işləyibsə, demək yaxşıdır yoxsa yox. Belə olan halda şair məcburdur ki, mütləq ikinci bir peşəsi də olsun. Nəzərə alsaq ki, Azərbaycanda kitab satışı ələlxüsus da şeir kitablarının satış səviyyəsi ürəkaçan vəziyyətdə deyil , ikinci bir sənət şərtdir. Amma fiziki məhdudiyyətli insan üçün bu artiq böyük bir problemdir”.

Gənc şair TV-lərin istedadlı gənclərə dəstək göstərməməsindən gileylənib.

“Əvvəla ona görə ki, efirə çıxmaq ödənişlidir, hansı kanala müraciət etsən, ödəniş tələb edir. Mən bunu özümdən demirəm,müraciət etdiyim TV-kanallardan eşitdiyim cavablara əsasən deyirəm. İkincisi də kanallar da çalışırlar ki, reytinq naminə elə gözdə olan insanları dəvət etsinlər.Mən sadəcə, bir şeyi başa düşə bilmirəm ardı-arası kəsilmədən maqazin proqramlarında nümayiş olunan hansısa müğənninin geydiyi paltarın, ayaqqabının, taxdığı eynəyin, işlətdiyi telefonun, sürdüyü maşının reklamı efirə çıxmaq istəyən istedadlı gənclərin ehtiyaclarından çoxmu əhəmiyyətlidir?! Əslində bu sualın cavabı elə özündədi”.

Bəzən populyar müğənnilər deyirlər yaxşı söz, zövqlü musiqi tapa bilmirik. Amma əslində onların dediyi kimi deyil. Əslində zəif sözü də, bəstəni onlar özləri istəyirlər. Dəfələrlə olub ki, mənə də müraciət edəndə deyiblər: "Elə yaz ki, biraz loru dildə olsun, millətə çatsın, sözləri yaxşı yadda qalsın””. 

Müsahibimiz deyir ki, müğənnilərlə işləmək çox çətindir.

“Bir çox səbəblər var. Bayaq da dediyim kimi, öncə təklif etdiyin mahnıya, sözlərə deyil, dərhal hansı məşhurla işlədiyinə diqqət yetirirlər. Bilirsiz, incəsənətdə reklam çox vacibdir. Bir məşhur müğənni ilə işləmək digərlərinə mesaj göndərir. O saat fikir formalaşır ki, "aha filankəs buna mahnı yazdırıbsa, demək yaxşıdır".  Müğənnilərdən uzaqlaşmağımın bir səbəbi də o oldu ki, təbii ki, hamısı yox, bəziləri insana yuxarıdan aşağı baxır. Populyar deyilsənsə ,bunu daha çox hiss edirsən”.

F.Vaqifoğli TV-ləri, imkanlı müğənniləri istedadlı gənclərə dəstək verməyə çağırıb:

Gənclər hiss etsin ki,onların sənətinə dəyər verən var. Bu çox vacib amildir inanın. İnsan hiss edəndə ki, ona dəyər verən var, sənin yazdıqların əhəmiyyətlidir, onda sənətə daha ürəkdən bağlanır. Peşə məsuliyyəti ikiqat artir.  Söz yox ki, şairlik elə bir istedaddir ki, kiməsə görə, nəyəsə görə yazmırsan, içindən gəldiyinə, ürəyin dolduğuna görə yazırsan. Amma bu, peşəyə çevrilirsə, artiq məncə sözün söz qiymətini vermək lazımdır”.



Dünya Muradova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir