Modern.az

Bakıda yolu keçən piyadanı maşın vurdu

Bakıda yolu keçən piyadanı maşın vurdu

26 İyun 2017, 13:06

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 25-də saat 05 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Şirvan şəhər sakini Rövşən Yəhyayev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən Qubadlı  rayon sakini Abdulla İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu