22 yanvar 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR
Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR
26.06.2017, 14:52

Yəqin ki, hər biriniz hansısa məsələyələ bağlı nə vaxtsa ərizə yazmısınız.  Müşahidələr göstərir ki, vətəndaşların müxtəlif məzmunda yazdıqları ərizələr əksərın eyni formaya malik olur.
Adətən ərizə yazarkən vərəqin əvvəlində böyük abzas buraxılır, ardınca onun ünvanladığı təşkilatın və vəzifəli şəxsin adı qeyd olunur. Eyni zamanda, ərizəçinin adı, soyadı və atasının adı göstərilir. Ərizə yazan şəxs öz ad-soyadının ardınca “tərəfindən” sözünü qeyd edir.

Amma məhz elə bu “tərəfindən” sözü bəzi hallarda mübahisələrə yol açır. Bəziləri bildirilər ki, ərizədə “tərəfindən” sözünün istifadə edilməsinə ehtiyac yoxdur və bu, sovetdənqalma ifadədən imtina etmək vacibdir.


Modern.az
-ın məlumatına görə, yazıçı-damaturq Firuz Mustafa bu haqda bildirib:


“Dəfələrlə demişəm, yenə deyirəm. Bir çoxları hansısa təşkilat və ya şəxsə ərizə ilə müraciət edərkən yazır: “... filankəs tərəfindən ərizə...”.
Bu cür müraciət forması qətiyyən düzgün deyildir.
Necə yəni “tərəfindən”?
Bilməyənlər bilsin ki, bu cür ərizə formaları 20-30-cu illərdə mövcud olub. Çünki o vaxtlar ərizəni, adətən, savadsız ərizəçinin özü yox, az-çox təhsili olan “mirzələr” yazırdı. Elə “tərəfindən” sözü də o deməkdir ki, ərizə “yardımçı” tərəfindən yazılıb.
Qısası, ərizə yazarkən “tərəfindən” sözünə heç bir ehtiyaç yoxdur”.


Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli isə Modern.az-a
açıqlamasında deyib ki, ərizədə “tərəfindən” sözünün işlədilməsinə ehtiyac var:

“Ərizədə “tərəfindən” sözü mütləq istifadə edilməlidir. Bu sözdən istifadə edilmədiyi halda uzlaşma pozula bilər. “Filankəsdən ərizə” ifadəsi düzgün deyil. Ərizənin əvvəlki formasını dəstəkləyirəm. Lakin normal danışıq prosesi zamanı “tərəfindən” sözünün istifadə edilməsinə qarşıyam. Ərizədə isə bu sözün işlədilməsi normal və yerindədir”.

B.Məhərrəmli qeyd edib ki, bəzi əməli yazı nümunələrini dəyişmək mümkün deyil:

“Əməli yazı nümunələri standart formalardır.  O cümlədən də ərizə bir gün ərzində formalaşmayıb.  Yazının ərizə şəklinə düşməsi üçün uzun müddət lazım olub. Hətta əməli yazı nümunələrində qədim formalar da qalıb.

Məsələn, “tərcümeyi-hal” buna bariz nümunədir. Bu, fars dilindədir, amma biz hələ də bu ifadədən istifadə edirik.  Əslində “halın tərcüməsi” deməkdir və ikinci növ təyini söz birləşməsidir. Bu ifadədə sözlərin  yerini dəyişib işlədirik, çünki bu, bizə belə gəlib. Eynilə “tərəfindən” sözü də ərizələrdə çoxdan istifadə edilir. Son dövrlərdə kimlərsə sözdən imtina etsə də, düzgün yanaşma deyil”.


Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb
22.01.2018, 13:56

Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

Azərbaycan Rusiyadan hansı silahları alıb?
22.01.2018, 13:47

Azərbaycan Rusiyadan hansı silahları alıb?

Türkiyə aviasiyası YPG-ni bombaladı: 6 ölü
22.01.2018, 13:46

Türkiyə aviasiyası YPG-ni bombaladı: 6 ölü

Əfqanıstanda BMT missiyasına hücum oldu
22.01.2018, 13:30

Əfqanıstanda BMT missiyasına hücum oldu

Ayda bir dəfə “nasazlayan” liftlər - CAVABDEH QURUM İTTİHAMLARI RƏDD EDİR
22.01.2018, 13:23

Ayda bir dəfə “nasazlayan” liftlər - CAVABDEH QURUM İTTİHAMLARI RƏDD EDİR

“Zeytun budağı” - Ankara niyə Suriyada yeni cəbhə açdı?
22.01.2018, 13:23

“Zeytun budağı” - Ankara niyə Suriyada yeni cəbhə açdı?

Bakıda qadına qarşı quldurluq edən tutuldu
22.01.2018, 13:13

Bakıda qadına qarşı quldurluq edən tutuldu

Azərbaycanda beynəlxalq səhiyyə forumu keçiriləcək
22.01.2018, 13:06

Azərbaycanda beynəlxalq səhiyyə forumu keçiriləcək

Sabah hava necə olacaq - PROQNOZ
22.01.2018, 13:00

Sabah hava necə olacaq - PROQNOZ

Azərbaycanda yeni telekanal açılır
22.01.2018, 12:55

Azərbaycanda yeni telekanal açılır

Fəzail İbrahimli Rəşad Məcidin təklifini DƏSTƏKLƏDİ   
22.01.2018, 12:54

Fəzail İbrahimli Rəşad Məcidin təklifini DƏSTƏKLƏDİ  

Stressdən qurtulmağın ən yaxşı yolu - BOULİNQ
22.01.2018, 12:39

Stressdən qurtulmağın ən yaxşı yolu - BOULİNQ

Nikaha daxil olmaq istəyənlərin müayinəsilə bağlı daha bir TƏKLİF
22.01.2018, 12:36

Nikaha daxil olmaq istəyənlərin müayinəsilə bağlı daha bir TƏKLİF

Azərbaycanda qanunsuz ov edənlər saxlanılıb
22.01.2018, 12:32

Azərbaycanda qanunsuz ov edənlər saxlanılıb

Bakı Atatürk Liseyindən daha bir xeyirxah addım
22.01.2018, 12:27

Bakı Atatürk Liseyindən daha bir xeyirxah addım

Səhiyyə ilə bağlı mühüm qanun layihələri müzakirəyə çıxarılır – SİYAHI
22.01.2018, 12:18

Səhiyyə ilə bağlı mühüm qanun layihələri müzakirəyə çıxarılır – SİYAHI

Kamçatkada 20 Yanvar şəhidləri anıldı
22.01.2018, 12:16

Kamçatkada 20 Yanvar şəhidləri anıldı

Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü tutuldu
22.01.2018, 12:11

Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü tutuldu

Deputat: “Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir!”    
22.01.2018, 11:54

Deputat: “Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir!”  

Dərman satışı ilə bağlı yenilik olacaq
22.01.2018, 11:53

Dərman satışı ilə bağlı yenilik olacaq

“Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” - Zərdüşt Əlizadədən Fəzail Ağamalıya AĞIR SÖZLƏR  
22.01.2018, 11:46

“Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” - Zərdüşt Əlizadədən Fəzail Ağamalıya AĞIR SÖZLƏR  

Şamaxıda evə basqın edən dəstənin daha 2 üzvü yaxalandı
22.01.2018, 11:36

Şamaxıda evə basqın edən dəstənin daha 2 üzvü yaxalandı

Bakcell “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
22.01.2018, 11:35

Bakcell “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

Varlılar pullanır, kasıblar daha da yoxsullaşır...
22.01.2018, 11:26

Varlılar pullanır, kasıblar daha da yoxsullaşır...

Vergilər nazirinə yeni müavin təyin edildi - Mətin Eynullayev kimdir... - DOSYE   
22.01.2018, 11:23

Vergilər nazirinə yeni müavin təyin edildi - Mətin Eynullayev kimdir... - DOSYE  

Ərdoğanın oğlu Afrin əməliyyatında
22.01.2018, 11:20

Ərdoğanın oğlu Afrin əməliyyatında

Nazir Heydər Əsədovla görüşmək istəyənlər bu nömrəyə zəng vursunlar
22.01.2018, 11:16

Nazir Heydər Əsədovla görüşmək istəyənlər bu nömrəyə zəng vursunlar

Bakıda tələbələrə təhlükəsizlik təlimləri keçildi
22.01.2018, 11:14

Bakıda tələbələrə təhlükəsizlik təlimləri keçildi

Bakıda azyaşlı qıza qarşı seksual hərəkətlər edən qohumu TUTULDU   
22.01.2018, 11:13

Bakıda azyaşlı qıza qarşı seksual hərəkətlər edən qohumu TUTULDU  

DTX əməliyyat keçirdi: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu - FOTOLAR
22.01.2018, 11:10

DTX əməliyyat keçirdi: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu - FOTOLAR

Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcək      
22.01.2018, 11:09

Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcək      

Polis Gəncədə 16 kq narkotik müsadirə etdi
22.01.2018, 11:05

Polis Gəncədə 16 kq narkotik müsadirə etdi

Prezident yanında Apellyasiya Şurasına kimlər şikayət edib...
22.01.2018, 10:58

Prezident yanında Apellyasiya Şurasına kimlər şikayət edib...

Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrə əlçatandırmı…
22.01.2018, 10:55

Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrə əlçatandırmı…

ABŞ-ın müdafiə naziri: “Türkiyə bizi əvvəldən xəbərdar etmişdi”
22.01.2018, 09:59

ABŞ-ın müdafiə naziri: “Türkiyə bizi əvvəldən xəbərdar etmişdi”

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.0%)
SOCAR(14.6%)
Azersun Holding(12.1%)
Azercell(2.43%)
Bakcell(9.75%)
Nar mobile(2.43%)
Gilan Holdinq(4.87%)
Nurgun Group(2.43%)
Paşa Holding(2.43%)
Akkord(9.75%)