Modern.az

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

Aktual

26 İyun 2017, 15:03

Bu gün Ramazan bayramı münasibətlə Bakının Maştağa qəsəbəsində bayram süfrəsi açılıb. Modern.az xəbər verir ki, təxminən 1000 nəfər kişi və 500-ə yaxın qadın üçün keçirilən bayram tədbiri Sabunçu rayonunun deputatı Eldar Quliyev tərəfindən təşkil olunub.


Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndələri, Maştağanın din xadimləri, sakinlər və jurnalistlər iştirak ediblər.


Deputat Eldar Quliyev müqəddəs gün münasibətilə Maştağa, Nardaran, Zabrat və Bilgəh sakinlərini ölkə başçısı adından təbrik edib:


“26 iyun tarixi əlamətdar gündür. Bu gün ölkə başçısının diqqəti nəticəsində Azərbaycanımız inkişaf edir. Dünyanın elə bir yeri yoxdur ki, ölkəmiz orada tanınmasın. Keçən il aprel döyüşləri də bizim güclü dövlət olmağımızı bir daha göstərdi. Azərbaycan ordusu düşmən üzərində qələbə çaldı və torpaqlarımızın bir hissəsini geri qaytardı. İnşallah, gələn il bütün bayramlarımızı Şuşada, Xankəndidə, Qubadlıda, Zəngilanda qeyd edərik. O gün heç də uzaqda deyil. Bunun üçün biz ölkə başçısı cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ordumuzun etrafında birləşməliyik. Allah tutduğunuz orucları və qıldığınız namazları qəbul etsin, arzu və niyyətləriniz həyata keçsin”.


Maştağanın Cümə məscidində də qadınlar üçün bayram süfrəsi təşkil olunub. Maştağa sakini Firuzə Quliyeva göstərilən diqqətə görə ölkə başçısına kənd sakinləri adından təşəkkür edib.  O, deputat Eldar Quliyevə də minnətdarlığını bildirib:
“Biz fəxr edirik ki, bizim məhz Eldar müəllim kimi deputatımız var”.

Mirmahmud Kazımoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır