Modern.az

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26 İyun 2017, 16:40

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə , Məcəllənin 38-ci maddəsinə (Elektron vizalar) yeni bənd əlavə edilir.

Yeni bəndə qeyd edilib ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 Həmçinin digər dəyişiklikdə göstərilib ki, elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.

 

Məcəlləyə  dəyişiklik Milli Məclisin iyunun 30-da keçiriləcək iclasında müzakirə ediləcək.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir