Modern.az

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

Aktual

26 İyun 2017, 16:44

Bu gün Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyirato ölkəsinin   Beynəlxalq Türk Akademiyasında  (TWESCO) tam hüquqlu müşahidəçi statusu alması üçün məxsusi olaraq Akademiya gələrək, qurumun prezidenti  Darxan Kıdıralı ilə görüşüb. 
Modern.az-ın məlumatına görə, Macarıstandan gələn nümayəndə heyətinin tərkibində  Macarıstanın Xarici İqtisadi Əlaqələr və Xarici İşlər Nazirliyinin dövlət katibi İştvan Mikola, dövlət katibinin müavini  Jolt Çutora, və digər rəsmi şəxslər olub.

Professor Darxan Kıdıralı  rəhbərlik etdiyi Akademiyanın tarixi və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. Nümayəndə heyətinin rəhbəri, nazir Peter Siyirato TWESCO-nun beynəlxalq aləmdəki nüfuzunu yüksək qiymətləndirdiyini bildirib.  Və qeyd edib ki, bundan sonra Akademiyanın irəli sürdüyü layihələrin həyata keçirilməsində  Macarıstan da yaxından iştirak etmək fikrindədir

Görüşdə tərəflər gələcəkdə də  birgə elmi əməkdaşlıq barədə, eyni zamanda Macarıstan Elmlər Akademiyası ilə  Beynəlxalq Türk Akademiyasının sıx əlaqələr qurmasından söhbət gedib.

Qeyd etmək istəyirik ki, türk dünyasının institutları içərisində TWESCO ilk beynəlxlalq müşahidəçi müraciəti alan ilk təşkilatdır.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi