Modern.az

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

26 İyun 2017, 21:04

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

 

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a məlumat verilib.

Nazirliyin kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə paytaxtın Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:36-da başa çatıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!