Modern.az

Ermənistanı qorxudan GEDİŞAT: Azərbaycan müharibəyə hazırlaşır – XƏBƏRDARLIQ

Ermənistanı qorxudan GEDİŞAT: Azərbaycan müharibəyə hazırlaşır – XƏBƏRDARLIQ

Qarabağ

27 İyun 2017, 10:47

Azərbaycanın Rusiyadan silah alması Ermənistan və Rusiya hərbi-siyasi çevrələrində yenidən müzakirə predmetinə çevrilib.

 

Bir neçə gündür ki, Ermənistan mətbuatında bu haqda silsilə yazılar dərc edilir və müxtəlif ekspertlərə müraciət olunur.

 

“Rusiya ilk növbədə kommersiya baxımından Azərbaycana silah satır. Azərbaycan da bunun dəyərini ödəyir”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Azərbaycan Müdafiə Nazirliyinin bəyatanını şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, bu,  Azərbaycanın siyasi nöqteyi-nəzərindən müharibəyə hazırlaşmaqdır və burada bir məqsəd var - Qarabağı geri qaytarmaq. 

 

“Təbii ki, bu, vəziyyətə təsir edəcək. Yəni Azərbaycan daha çox silah alır və o daha da güclənir”-deyə o qeyd edib.

 

Ekspert vurğulayıb ki, Azərbaycanın silah alması Moskva ilə Bakı arasında bağlanmış sazişlərə əsasən həyata keçirilir.

 

Azərbaycan Müdafiə Nazirliyinin Rusiyadan yeni silahlar alınması barədə yayımladığı fotolardan görünür ki, bu, “Xrizantema-S” tank əleyhinə raket kompleksidir.

 

Xramçixin deyib ki, bu silahlar Azərbaycana cəbhədə müharibə zamanı lazım olacaq.

 

 

“Təbiidir ki, bu silah Ermənistan ordusuna qarşı tətbiq ediləcək. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibəyə başlamaq istəsin. Bu regionda Ermənistan Azərbaycanın düşmənidir”-deyə söyləyib.

 

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycanla Rusiya arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.

 

Məlumata görə, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.

 

Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.

 

O da bildirilib ki, Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!