Modern.az

Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti öldürüldü - FOTOLAR  

Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti öldürüldü - FOTOLAR   

27 İyun 2017, 12:20

Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko Kiyevdə avtomobilin partladılmasını terror hadisəsi adlandırıb.

 

Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, bununla bağlı  “terror hadisəsi” maddəsi ilə cinayət işi açılıb. 

Artyom Şevçenko bildirib  ki, partlayış nəticəsində ölən şəxs 1978-ci il təvəllüdlü, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəridir.

Məlumata görə, hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi sakinlər olub.

 

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı başqa bir açıqlamada,

partlayışın avtomobildəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?