Modern.az

Qəzada ölənlərin kimliyi bilindi: biri şirkət rəhbəri, digəri TV əməkdaşı - YENİLƏNİB

Qəzada ölənlərin kimliyi bilindi: biri şirkət rəhbəri, digəri TV əməkdaşı - YENİLƏNİB

27 İyun 2017, 21:20

Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib.

Modern.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.

Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Elgün Abbasov isə Tovuzun yerli telekanalında çalışırmış.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir