Modern.az

Türkiyə daha 3 şəhid verdi  

Türkiyə daha 3 şəhid verdi   

27 İyun 2017, 21:25

İyunun 27-də Türkiyənin Üs bölgəsində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Hadisə nəticəsində 3 əsgər şəhid olub.

Modern.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, terrorçuların hücum etdiyi hərbi avtomobil Şırnak bölgəsində yerləşən Milli Jandarm Qüvvələrinin komando taboruna yemək aparırmış. Hücum zamanı yaralanan digər 3 əsgər isə Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat keçirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər