Modern.az

Hacıqabulda qəza - 2 ölü

Hacıqabulda qəza - 2 ölü

28 İyun 2017, 12:41

Daxil İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məliumata görə, iyunun 27-də saat 15 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Tovuz rayon sakini Orxan Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb.

 

Qəza zamanı sürücü və sərnişinlərindən həmyerlisi Elgün Abbasov hadisə yerində ölüblər, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir