Modern.az

“Bavariya”nın hücumçusu həbs edildi

“Bavariya”nın hücumçusu həbs edildi

Aktual

28 İyun 2017, 13:29

Almaniyanın “Bavariya” (Münhen) futbol klubunun hücumçusu Kinqsli Koman məişət zorakılığı ittihamı ilə həbs olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun 21 yaşlı rəfiqəsi polisə müraciət edərək, birgə yaşadığı Koman tərəfindən döyüldüyünü bildirib. Münaqişəyə səbəb isə bu olub ki, qız futbolçunun “İnstagram” səhifəsinə daxil olmağa cəhd edib.

 

Hücumçu zorakılıq aktında günahını boynuna alıb. Kinqsli Komanın barəsində qaldırılmış cinayət işi üzrə məhkəmə sentyabr ayına təyin edilib.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!