Modern.az

Suriya yenidən bombalandı: 40 ölü

Suriya yenidən bombalandı: 40 ölü

28 İyun 2017, 20:09

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya yenidən hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Deyr-əz-xor vilayətinə endirilən hava zərbəsi nəticəsində azı 40 dinc sakin həlak olub.

Məlumata görə, bombardmana Əl-Mayədin şəhəri yaxınlığında yerləşən Əd-Dablən yaşayış məntəqəsi məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir.

Hava zərbələri nəticəsində xeyli insanın yaralandığı bildirilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir