Modern.az

Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı

Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı

28 İyun 2017, 21:22

Bu gün saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşlarının olduğu qayıq qəzaya uğrayıb. Modern.az xəbər verir ki,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.

Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir