Modern.az

Liviyada girov götürülən BMT nümayəndələri azad edilib - Yenilənib

Liviyada girov götürülən BMT nümayəndələri azad edilib - Yenilənib

28 İyun 2017, 23:26

Liviyada silahlılar tərəfindən girov götürülən Birləşmiş Millətlər Təşkilatının missiyasının əməkdaşları azad edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının 7 əməkdaşı azad edilib.

Məlumata görə, azad edilən BMT əməkdaşları hazırda təhlükəsiz şəraitdə Mitiqa hava limanına göndəriliblər.

Qeyd edək ki, bu gün silahlılar 7 BMT əməkdaşını girov götürüblər.

 

 

22:55

 

Liviyada Birləşmiş Millətlər Təşkilatının missiyasının əməkdaşlarını girov götürən silahlılar tələblərini açıqlayıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

 

Qeyd edək ki, bu gün silahlılar 7 BMT əməkdaşını girov götürüblər.

 

 

21:36

 

Liviyada Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının üzvlərini əsir götürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, BMT nümayəndələrini əsir götürənlər “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar olub.  

Məlumata görə, hadisə Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı