Modern.az

Azyaşlı "laqonda" ilə özünü doğradı

Azyaşlı "laqonda" ilə özünü doğradı

28 İyun 2017, 22:16

Yevlax rayonunda 3 yaşlı uşağın atasına məxsus usta aləti ilə oynamaq istəyi bədbəxt hadisə ilə nəticələnib. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Salahlı kəndində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Həsənov Yusif Elşən oğlu atasının kəsici aləti - "laqonda"sını elektrik cərəyanına qoşaraq oynamaq qərarına gəlib. Nəticədə alət azyaşlının sağ saidinin arxa hissəsini kəsərək ona ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan Y. Həsənov təcili əməliyyat olunub və onun qanaxması dayandırılıb. Amma məlum olub ki, alət uşağən qol sümüklərinin də bir hissəsini də kəsərək ciddi zədələyib.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Y. Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə mütəxəssislər təkrar baxış keçirəcək və həkimlər yalnız bundan sonra müalicənin davamı barədə qərar qəbul edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər