Modern.az

Qocalmanın qarşısını alan cövhər - TİBET TƏBABƏTİNİN MÖCÜZƏSİ

Qocalmanın qarşısını alan cövhər - TİBET TƏBABƏTİNİN MÖCÜZƏSİ

28 İyun 2017, 22:49

Tibet loğmanlarının hazırladıqları “Cavanlıq cövhəri” illərin sınağından çıxaraq qədim dövrlərdən bu günlərə qədər dəyərli, orqanizmə ən faydalı və onu cavanlaşdıran bir cövhər kimi məşhurluğunu saxlamaqdadır. Hazırda dünyanın bir çox ölkələrində bu çövhər maraqla qarşılanır və hazırlanaraq istifadə olunur.

Modern.az saytı bu marağı nəzərə alaraq cavanlıq cövhərinin hazırlanma və istifadə qaydalarını təqdim edir.

350 qram sarmısağın şirəsi çıxarılır, üzərinə 30-50 qram zeytun yağı əlavə edilir və 300 qram təmiz spirtlə qarışdırılır. Alınmış kütlə ağzı kip bağlanmış şüşə qabda qaranlıq və sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra tənzifdən süzülür və yenidən 3 gün eyni şəraitdə saxlanılır. Artıq 3 gündən sonra cavanlıq cövhəri hazırdır.

Cövhərdən istifadə cədvəldə göstərildiyi kimi ciddi rejimlə qəbul olunmalıdır. Hər günə uyğun göstərilən damcılar 50 qram soyuq südə əlavə olunaraq içilməlidir.

GÜNLƏR

SƏHƏR

GÜNORTA

AXŞAM

1-ci gün

1 damcı

2 damcı

3 damcı

2-ci gün

4 damcı

5 damcı

6 damcı

3-cü gün

7 damcı

8 damcı

9 damcı

4-cü gün

10 damcı

11 damcı

12 damcı

5-ci gün

13 damcı

14 damcı

15 damcı

6-cı gün

15 damcı

14 damcı

13 damcı

7-ci gün

12 damcı

11 damcı

10 damcı

8-ci gün

9 damcı

8 damcı

7 damcı

9-cu gün

6 damcı

5 damcı

4 damcı

10-cu gün

3 damcı

2 damcı

1 damcı


10 gündən sonra yerdə qalan cövhər hər gün 3 dəfə 25 damcı, yenə də 50 qram südə əlavə olunmaqla qəbul edilir.

Bu cavanlıq cövhərinin təkrar qəbulunu növbəti dəfə yalnız 5 ildən sonra etmək olar.



İlham Cəmiloğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir