Modern.az

Rayon avtovağzallarında gərginlik

Rayon avtovağzallarında gərginlik

28 İyun 2017, 23:45

Bayram tətilinin bitməsi ilə bağlı paytaxta üz tutanların sayı artıb. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu gün əksər rayonların avtovağzallarında sıxlıq müşahidə edilib. Yevlax rayonunda havanın isti olması sərnişinlərin narahatlığını bir qədər də artırıb. Sıxlığı aradan qaldırmaq üçün xəttə əlavə həm avtobuslar, həm də mikroavtobuslar buraxılıb.

Sərnişin bolluğunu fürsət bilib süni qiymət artımı edən sürücülər xüsusi diqqətdə saxlanılıb.

Şəki avtovağzalında da sixlıq olub. Buradan bütün istiqamətlərə gedən sərnişinlər çox olsa da, Bakıya getmək istəyənlərin sayı 5-10 dəfə artıb. İşini ehtiyatlı tutanlar biletləri əvvəlcədən alıblar.

Gərginliyin aradan qaldırılması üçün avtovağzal rəhbərliyi tərəfindən xəttə iki böyük tutumlu avtobus və bir neçə mikroavtobus buraxılıb.

Şəkidən Bakıya gediş haqqı 6 manat 50 qəpikdir. Sərnişınlərin artmasına baxmayaraq biletlərdə qiymət artımı olmayıb.

Lənkəranda isə səhər saatlarında sıxlıq olub. Gün ərzində Lənkərandan paytaxta 6 avtobus çıxıb. Bir neçə əlavə avtobus da ehtiyatda saxlanılıb ki, sıxlıq yaranarsa xəttə buraxılsın.

Lənkərandan Bakıya bir nəfərin gediş haqqı 5 manatdır. Qiymətin süni şəkildə qaldırılmasına qarşı yoxlamalar aparılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir