Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib.
Məlumata görə, terrorçuların İraqın şimalındakı Avaşin-Basyan rayonundakı mövqelərinə endirilmiş hava zərbələri nəticəsində 7 PKK silahlısı zərərsizləşdirilib.
Modern.az