Modern.az

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı

29 İyun 2017, 00:47

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb. Modern.az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər. Belə ki, bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş Aslan Cəlalov və İsmət Hüseynovun Azərbaycana ekstradisiyasına hazırlıq gedirmiş. Onlar bu məsələ ilə bağlı Ruzayevka şəhərindəki təcridxanaya aparılarkən yolda konvoy maşınından düşüb qaçmağa müvəffəq olublar.

Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

 

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

 

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir