Modern.az

Masallıda ağır yol qəzası olub - ÖLƏNLƏR VAR

Masallıda ağır yol qəzası olub - ÖLƏNLƏR VAR

29 İyun 2017, 09:32
Fövqəladə Hallar Nazirliyi iyunun 29-da Masallıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Modern.az nazirliyə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin, 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 06:30-da başa çatıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi