Modern.az

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

Aktual

29 İyun 2017, 10:05

Milli Qəhrəman Elxan Zülfüqarovun doğum günüdür. Modern.az-ın məlumatına görə, Elxan Qaçay oğlu Zülfüqarov 1954-cü il iyunun 29-da Füzuli rayonu Üçbulaq kəndində anadan olub.
1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirib. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirib. 1971-ci ildə texnikuma daxil olub. 1972-ci ildə hərbi xidmətə çağırılıb. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurub və yarımçıq qalmış təhsilini davam etdirib. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilib. Milis işçisi olaraq fəaliyyətə başlayıb, baş leytenant rütbəsi alıb.

1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıdıb. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulub. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib.

Оnu "Edik" kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak edib. Qısa müddətdə ona kapitan rütbəsi verilib və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunub.

Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilib.

Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi, dörd övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı