Modern.az

Bakıda müəllimlər arasında çaşqınlıq yaranıb

Bakıda müəllimlər arasında çaşqınlıq yaranıb

29 İyun 2017, 10:37

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”. Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

 

M. Vəliyeva bildirib ki, aparılan müzakirələr məktəblərdə formativ qiymətləndirmə ilə bağlı yanaşmaların bütün müəllimlərə tam aydın olmadığını deməyə əsas verir.

 

"Formativ qiymətləndirmə müəllimin sərbəst həyata keçirdiyi qiymətləndirmədir. Əsas hədəflərdən biri nəzarəti gücləndirmək və bu sahədə birgə fəaliyyəti təşkil etməkdir. Bu gün məktəbdaxili qiymətləndirmənin vacib komponentlərindən biri də formativ və summativ qiymətləndirmədir. Məktəbdaxili mühitin sağlamlaşdırılması, yaradıcı imkanlardan istifadəyə xüsusi yer ayrılır. Məktəb mühitində hər şey sağlam mühit və münasibətlərdən başlanır. Hər 3 müstəvidə-valideyn, şagird müəllim münasibətlərinin sağlamlığı keyfiyyətə təsir edən vacib amildir. Bu mühitin yaxşılaşdırılmasında məktəblər özləri də maraqlı olublar, bir-birinin təcrübəsindən yararlanıblar. Artıq ümumi məktəb mühitindən sinif mühitinə müraciət edilib”.

 

O qeyd edib ki, müəllimin fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılır.

 

“Müəllim özü vacib bilik bacarıq, səriştəyə yiyələnməlidir. İstənilən fəaliyyətin nəticəsi qiymətləndirilir. Müəllimin də fəaliyyətinin qiymətləndirilməsinə, formativ və summativ qiymətləndirmə sahəsində bu mövzunun aktuallaşdırılmasına və yenidən bu məsələyə qayıdılmasına ehtiyac var”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?