Modern.az

"Universitetlərin daxilində yeni idarəetmə strukturları yaradılır"

"Universitetlərin daxilində yeni idarəetmə strukturları yaradılır"

Aktual

29 İyun 2017, 12:06

Hər bir universitet daxilində yeni idarəetmə strukturları yaradılır. Bütün bu proseslərin əsas məqsədi ölkəmizin təhsil sistemini inkişaf etdirməkdir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Nazir qeyd edib ki, bu idarəetmə ölkə daxilində və regional səviyyədə rəqabət apara bilən universitetlərin yaradılmasına, burada fəaliyyət göstərən müəllimlərin və tələbələrin öz potensialını tam şəkildə reallaşdırmasına imkan verəcək:

"Universitetlərdə həm hüquqi təşkilati formann dəyişdirilməsi, həm də ölkə qanunvericiliyinin tələbləri ilə uyğunlaşdırılması prosesi müşahidə edilir. Digər tərəfdən, universitetlərin daxili idarəetmə strukturları bu proses çərçivəsində dəyişdirilir. Nizamnamələrdə müvafiq dəyişikliklər edilir. Yeni idarəetmə strukturları tətbiq olunur. Bir tərəfdən də, universitetlərin daxili strukturları təkmilləşdirilir. Həmin təkmilləşmiş idarəetmə strukturları universitetlərimizin ənənəvi rollarını, yəni təhsil prosesi, elmi araşdırmalar aparır. Yeni bir sahə isə biliklərin kommersiyalaşdırılmasıdır".


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür